FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz fizika üzrə müsabiqədən 8 medal qazanıblar

28.11.2022

   26 noyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində görkəmli alim, uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri olmuş Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş müsabiqənin final mərhələsi keçirildi. 68 nəfər şagirdin iştirak etdiyi bu mərhələdə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8 şagirdi də müxtəlif əyarlı medallar qazanıb. Onları siz də tanıyın:

Babazadə Raiq Elnur – 8a, qızıl,

İsayev Adəm İxtiyar – 9ç, gümüş,

Şikar Şaiq Faiq – 9ə, gümüş,

Salmanov Fərid Faiq – 8b, bürünc,

Əliyev Murad Müşfiq – 8b, bürünc,

Tağıyev Ədalət Ramin - 8ç, bürünc

Lətifli Oqtay Fuad – 9a, bürünc,

Heydərov Tofiq Tərlan – 9d, bürünc.

         Şagirdlərimizi, onlar üçün əmək sərf edən hər kəsi təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!