FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Suya qənaət edək, ehtiyatlarımızı tükəndirməyək!

30.11.2022

  Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alan VIII ç sinif şagirdləri sinif rəhbəri Hüseynzadə Nərminin təşkilatçılığı ilə "Suya qənaət edək, ehtiyatlarımızı tükəndirməyək!" devizi altında müxtəlif rəsmlərdən ibarət divar qəzetləri təqdim etdilər. Rəsmlər planetin su mənbələrinin çirklənməsi, aşırı dərəcə israfçılıq, suya necə qənaət etmək olar, suya qənaət etməsək, bizi nələr gözləyir, su möcüzədir və s. mövzulara həsr olunmuşdur.

    Təqdimatda Respublika Uşaq-Gənc İnkişaf Mərkəzinin nümayəndəsi Nəsirova Elnarə xanımda iştirak etdi. O, şagirdlərə "Suya necə qənaət etmək olar?" mövzusunda slaydlar nümayiş etdirdi.