XƏBƏRLƏR

Şagirdlərin asudə vaxtlarının təşkili
08.12.2022
Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində şagirdlər asudə vaxtlarını müxtəlif istiqamətlərdə dəyərləndirməyə çalışırlar. Bunun üçün liseydə müəyyən şərait mövcuddur. Liseydə təhsil alan şagirdləri daha çox intellektual oyunlar cəlb edir. Onlar təlim prosesindəki hər fasilədən (tənəffüsdən) yararlanaraq, daha çox şahmat, dama oynayırlar.