XƏBƏRLƏR

Şagirdlərimiz Ümummilli liderin məzarını ziyarət etdilər
08.12.2022
08 dekabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8d sinif şagirdləri sinif rəhbəri Aybəniz Mehdiyeva ilə birgə Ümummilli lider Heydər Əliyevi anmaq üçün I Fəxri xiyabana səfər etdilər. Şagirdlər Heydər Əliyevin məzarını ziyarət edib, qəbri üstünə gül dəstələri düzdülər.
Liseyin rəhbərliyi adından Aybəniz müəllimə və şagirdlərə təşəkkür edirik!