FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"SON ZƏNG"

14.06.2016

2015- 2016-cı tədris ilinin başa çatması münasibəti ilə 14 iyun tarixində Fizika -riyaziyyat və informatika təmayüllü liseydə "Son zəng" keçirildi.

Uşaqlıqdan hər kəs müstəqil olacağı günü səbirsizliklə gözləyir. Sevimli müəllimlər, uşaqlıq həyacanları məktəb divarları arasında qalır. Amma hər kəs sonradan bu illəri xatırlayır. Ən gözəl, eyni zamanda səmimi bir kədərlə doludur "Son Zəng". Böyük, müstəqil həyatın çətin yoluna qədəm qoyulur. 

Son zəngin cingiltili sədaları hər kəsin qəlbində məktəb xatirələrini oyadır. Yoldaşların gülüşləri, heç zaman bitmiyəcəyini təsəvvür edilən dərslər, tez başa çatan tənəffüslər. Son zəngdən sonra bunların xatırlanması tam başqa xarakter daşıyır. "Son zəng" uşaqlığa vida, gələcək həyatın enişli yoxuşlu yollarına və bir o qədər də məsuliyyətli etapına girişdir.