FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Müəllimlərimizə dövlət və nazirlik mükafatları təqdim olundu

30.11.2022

      30 noyabr 2022-ci il tarixində dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinin mükafatlandırılması mərasimi keçirildi. Mükafatlandırılanlar sırasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin riyaziyyat müəllimi Gülağa Rəhimov da yer alıb. Xatıradaq ki, o, Prezidentin müvafiq sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

     Qeyd edək ki, Gülağa müəllimlə yanaşı, digər iki müəllimimiz: Elgün Əliyev və Taleh Ələsgərov da nazirlik mükafatı – “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunublar. Həmin mükafatlar lisey rəhbərliyi tərəfindən nazirlik adından müəllimlərə təqdim olundu.

         Müəllimlərimizi təbrik edir, onlara can sağlığı və işlərində uğurlar arzulayırıq!