FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz SAF-2022 festivalında medallar qazanıblar

09.12.2022

   05 – 09 dekabr 2022-ci il tarixləri arasında SAF-2022 festivalı keçirildi. Bu festivalda müxtəlif ölkələrin şagirdləri çeşidli layihələrlə çıxış etdilər. Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri də festivalın “Hakaton” kateqoriyası üzrə layihələr təqdim etdilər və festivalda müxtəlif əyarlı medallar qazandılar. Belə ki, liseyin 9e sinif şagirdi Araz Alxasov qızıl, 10d sinif şagirdi Ayxan Kazımlı və 11b sinif şagirdi Dərya Namazova isə gümüş medallara layiq görüldülər.

   Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!