FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

11c sinif şagirdi Fatimə Qasımzadə "Vaxt gözləmir" adlı seminar-treninq təşkil etdi

15.12.2022

    15 dekabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11c sinif şagirdi Fatimə Qasımzadə "Vaxt gözləmir" adlı seminar-treninq təşkil etdi. Fatimə bu təqdimatında vaxtın düzgün bölüşdürülməsi ilə bağlı Kanban, Pareto, Uzun iş-qısa müddət texnikaları haqqında məlumat verərək, hansının daha səmərəli olduğunun iş rejimindən asılılığını vurğuladı.

   Daha sonra  şagirdlər onlara təqdim olunan "Hədəf müəyyənetmə sistemi" adlı psixoloji sorğunu işləyərək qarşılarına qoyduqları hədəflərini qeyd etdilər və o hədəfləri musiqi sədaları altında psixoloq Sevda xanım Nəbiyevanın müəyyən kömək xarakterli iştirakı ilə canlandırdılar.
     Eyni zamanda, liseyin 8c sinif şagirdi Fuad Şükürlü "Qızıl qum dənəcikləri" adlı təqdimatla çıxış edərək, imtahan zamanı yaşana biləcək psixoloji amilləri aradan qaldırmaq üçün ayrılan vaxtdan düzgün istifadə olunması,  hansı məqamlarda nə  qədər vaxt itkisi baş verməsi barədə məlumat verdi. Sonda isə "Zamana qarşı" filmi şagirdlərə nümayiş etdirildi və şagirdlərin film haqqında fikirləri dinlənildi və müəyyən müzakirələr aparıldı.
     Treninqin araya-ərsəyə gəlməsində 11c sinif şagirdləri: Camalova Südabə, Muradov Əli, Məhərrəmov Nihad, 10a sinif şagirdləri: Oruclu Natiq, İskəndərli Fateh xüsusi fəallıq göstərərək kömək etmiş, Fatimənin təqdimatında yer almış rəsmi isə 9b sinif şagirdi Səmədli Ayənur çəkmişdir.
          Tədbiri təşkili etdiyi üçün psixoloq Sevda Nəbiyevaya, direktor müavini Rəxşəndə Məmmədovaya, UBR Nərmin Hüseynzadəyə  və digər əziyyət çəkənlərə rəhbərlik adından təşəkkür edir, can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!