FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Kod Saatı: Rəqəmsal gələcəyə addım müsabiqəsi"nin medalçıları

27.12.2022

26 dekabr 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində “Kod Saatı: Rəqəmsal gələcəyə addım müsabiqəsi”nin final mərhələsi keçirildi. 300 nəfər şagirdin qatıldığı bu müsabiqədə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 2 şagirdi də medal qazanıb. Belə ki, liseyin 7c sinif şagirdi Qəhrəmanlı Riyad Elvin oğlu gümüş, 9ç sinif şagirdi Həsənli Əli Fərrux oğlu bürünc medala layiq görülüblər.

   Şagirdlərimizi təbrik edir, onlar üçün əziyyət çəkən hər kəsə təşəkkürümüzü bildiririk.