FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

9ç, 9d, 9e siniflərində Azərbaycan tarixi fənninə aid dərslər

23.12.2022

     19-23 dekabr 2022-ci il tarixləri aralığındakı dərs həftəsində  Fizika riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tarix müəllimi Günay Şərifzadə 9ç, 9d, 9e siniflərində Azərbaycan tarixi fənninə aid dərsləri Azərbaycan Xalq Cümhuriyyətinə həsr etdi.

     Şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında ətraflı məlumat toplayıb, video və slaydlar təqdim etdilər.
Dərslər zamanı Azərbaycan tarixində əvəzsiz yeri olan Cümhuriyyət dövrü, eyni zamanda dövlətçiliyin inkişafında müstəsna rolu olan tarixi şəxsiyyətlər (Rəsulzadə, Xoyski, Topçubaşov və s.) və onların gördükləri işlər barədə geniş müzakirələr aparıldı. Müzakirələrdə bugünkü müstəqil Azərbaycanın qürurla xatirlanacaq Cümhuriyyət kimi başlanğıcı olduğunu, himninin, bayrağının, o cümlədən gerbinin, daxili və xarici siyasətinin  müstəqil dövlətimizdə uğurla davam etdirildiyini qeyd etdilər.
   Dərslərin təşkilinə görə Günay müəllimə və şagirdlərə təşəkkür edir, uğurlar arzulayırıq!