FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərin psixoloji pasportlarını hazırlamaq məqsədilə testlər aparılıb

06.01.2023

       Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin psixoloqu Sevda Nəbiyeva 2022-ci ilin noyabr-dekabr ayları ərzində VII – IX sinif şagirdlərinin psixoloji pasportlarını hazırlamaq məqsədilə bir neçə test aparmışdır. Burada əsas məqsəd şagirdlərdə idraki prosesləri izləmək və tənzimləmək, eyni zamanda fərdi xüsusiyyətləri müəyyən etməklə şəxsiyyətlərarası münasibətlərin hansı səviyyədə olduğunu üzə çıxarmaqdan ibarət idi. Şagirdlər haqqında müəyyən məlumatların əldə edilməsi üçün belə testlərin ilboyu aparılması nəzərdə tutulmuşdur.

       Liseyin rəhbərliyi adından psixoloq Sevda xanıma təşəkkür edir, uğurlar arzulayırıq!