FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Birinci dərslər 20 Yanvar faciəsinə həsr olundu

19.01.2023

   19 yanvar 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində birinci dərslər 20 Yanvar faciəsinə həsr edildi. Əvvəlcə müəllim və şagirdlər Şəhidlərin xatirəsini birdəqiqəlik sükutla yad etdilər. Sonra müəllimlər VII-IX sinif şagirdləri ilə “20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri”, X-XI sinif şagirdləri ilə isə “20 Yanvarın bizə verdiyi vətəndaş dərsi” mövzusunda söhbət apardı. Daha sonra müəllimlər əlavə olaraq, 20 Yanvarla bağlı şahidi olduqları hadisələr barədə məlumat verdilər!

   Allah bütün şəhidlərimizə rəhmət eləsin!