FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"20 Yanvar – tarixin dərsləri" mövzusunda açıq dərs

19.01.2023

      19 yanvar 2023-cü il tarixində Fizika riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tarix müəllimi Günay Şərifzadə liseyin 9d sinif şagirdləri ilə birlikdə "20 Yanvar – tarixin dərsləri" mövzusunda açıq dərs təşkil etdi.
Dərsdə liseyin tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, sinif rəhbəri Südabə Manafova və UBR Nərmin Hüseynzadə də iştirak etdilər.
     Dərs 20 Yanvar şəhidlərinin xatirəsinə hörmət əlaməti olaraq birdəqiqəlik sükutdan sonra, himnimizin səslənməsi ilə başladı.
     Daha sonra tarix müəllimi Günay Şərifzadə faciə haqqında qısa məlumat verdi. Məlumatında müəllim qeyd etdi ki, 20 Yanvar Azərbaycan tarixində hüzn və qürurla xatırlanacaq bir hadisədir. Zaman-zaman xalqımızı susdurmaq üçün törədilmiş qanlı hadisələr bizləri daha da gücləndirmiş, və mübariz etmişdir. Bugünkü müstəqilliyimizin bərpasında 20 yanvar şəhidlərinin müstəsna rolu var.

     Sonra müzakirə və məlumat vermələri üçün şagirdlərə söz verildi.
    Şagirdlər şəhidlər haqqında əvvəlcədən hazırladıqları videoçarx, slayd və fotoları topladıqları məlumatlarla birgə təqdim etdilər.

     Müzakirədə Valeh müəllim də hadisələrin şahidi kimi öz fikirlərini şagirdlərlə bölüşdü.

    İştirakçılar bir daha özləri üçün qətiləşdirdilər ki, hansı zamanın şəhidi olur olsun, Azərbaycan vətəndaşının mənəvi borcu onları unutmamaqdır.
Dərsin təşkilində əməyi olan hər kəsə təşəkkür edir, uğurlar arzulayırıq!