FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseymizdəki tərbiyəçi müəllimlərə 2016-2017- ci il tədris ili üçün təlimlər keçirilir

29.06.2016

29-30 iyun tarixində liseymizdəki tərbiyəçi müəllimlərə 2016-2017- ci il tədris ili üçün təlimlər keçirilir. Qeyd edək ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun əməkdaşları İlahə Rəsulova və Fəxri Məmmədli tərəfindən keçirilən təlimlərdə müəllimlərin illik fəaliyyət planının yazılması, məktəbdənkənar tədbirlərin icrası,ehtiyacların qiymətləndirilməsi ,şagird layihələrinin keçirilməsi və.s mövzular tədris olunur. İki günü əhatə edəcək təlimlərdə nəzəri hissələrlə bərabər praktiki bacarıqların inkişaf etdirilməsi üçün də Master Classlar nəzərdə tutulur.