FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Yanvarın bir günü"

18.01.2023

  18.01.2023-cü il tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Yanvarın bir günü” adlı anım tədbiri keçirildi.

     Tədbirdə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8D sinfinin  rəhbəri Mehdiyeva Aybəniz və şagird kollektivi iştirak etdi.

    İlk olaraq, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra 20 Yanvar faciəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Anım tədbirində İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin Ələsgər Ələkbərov adına Xalq teatrının üzvlərinin ifasında 20 Yanvar facəsinin 33-cü ildönümünə həsr olunmuş "Yanvar bir günü” adlı tamaşası nümayiş olundu. Şəhidlərimizin əziz xatirəsi yad edildi.