XƏBƏRLƏR

2022-2023-cü dərs ilinin birinci yarımilinə aid Böyük Summativ Qiymətləndirmələr
19.01.2023
2023-cü il yanvar ayının 16-19-u tarixləri aralığında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alan şagirdlər üçün 2022-2023-cü dərs ilinin birinci yarımilinə aid Böyük Summativ Qiymətləndirmələr keçirildi. BSQ-lər lisey rəhbərliyinin birbaşa nəzarəti altında təşkil edildi. Şagirdlərin nəticələri həftə ərzində açıqlanacaq.
Liseyin rəhbərliyi BSQ üçün tapşırıqların hazırlanmasında, təkmilləşdirilməsində, imtahanların təşkilində əziyyət çəkən hər kəsə təşəkkür edir, can sağlığı və uğurlar arzulayır.