FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Azərbaycan dili dərsində qəzet materiallarının hazırlanması layihəsi

23.01.2023

      23.01.2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10b sinfində Hüseynova Gülnarə müəllimənin Azərbaycan dili dərsində qəzet materiallarının hazırlanması layihəsi yerinə yetirildi. Şagirdlər 3-4 nəfərlik qruplara bölünərək öz layihələrini təqdim etdilər. "Zendar" qəzeti ilə xəyali dövlət yaradan , "İnternational reports" qəzeti ilə beynəlxalq əhəmiyyətli xəbərləri təqdim edən, "Offside" qəzeti ilə futbol xəbərlərini diqqətə çatdıran, "Baxış bucağı" qəzeti ilə ölkə gündəminə nəzər salan, "Mərdlik dövrü" qəzeti ilə H.Z.Tağıyevdən başlayan mərdlik salnaməmizi qələmə alan, "Ordan-burdan" qəzeti ilə Yanvar faciəmizi unutdurmayan, "Çinar" qəzeti ilə çinar ömründən başlayıb futbolla yekunlaşdıran, "World footbal" qəzeti ilə futbol sevgisini qəzetə əks etdirən, "Eniqma" qəzeti ilə qadına qarşı olan təcavüzləri və tarixi tikililəri gündəmə gətirən, "Avtomobil dünyası" qəzeti ilə öz maraq dünyasını ön plana çəkən şagirdlər istər maraqlı tərtibatına görə, istər mövzu rəngarəngliyinə görə, istər araşdırma və ingilis mənbələrindən tərcümələrinə görə, istərsə də qrup daxilindəki əməkdaşlığa görə çox gözəl işlər ərsəyə gətiriblər.