FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"İTi Zəka" hakatonunun qalibi Sadıqlı Nəsimi İmaməddin oğlu İctimai televiziyada layihəsi barədə danışıb.

01.02.2023

       Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10c sinif şagirdi Sadıqlı Nəsimi İmaməddin oğlu “İTi Zəka” hakatonunda qalib olduğuna görə İctimai televiziyaya dəvət olunub. Verilişdə o, hakatonda yaratdığı “NN Edu” layihəsinin detalları haqqında danışıb. Qeyd edək ki, layihənin məqsədi son zamanlarda getdikcə artan xaricdə təhsil barəsindədir. Belə ki, hər kəs “NN Edu” platformasında xarici universitetlərin qəbul qaydaları və şərtləri haqqında öyrənə bilər. Eyni zamanda, təhsil aldıqları məktəbdə qiymətləri yaxşı olan şagirdlər elektron jurnal vasitəsilə qiymətlərini platformaya daxil edərək, xaricdə təhsil üzrə mütəxəssislə onlayn konsultasiyaya qoşulub daha ətraflı məlumat əldə etmək imkanı qazanırlar.

        Nəsimiyə uğurlar arzulayırıq!