FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz 02 Fevral Gənclər Günü münasibətilə mükafatlandırılmışdır

02.02.2023

   02 Fevral Gənclər Günü münasibətilə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 4 şagirdi mükafatlara layiq görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi “Gənclər paytaxtı” elan olunmuş Mingəçevir şəhərində təşkil edilmiş tədbirdə liseyimizin 11b sinif şagirdləri: Hüseynov Cəlil Hüseyn oğlu və Şəfizadə Selcan Müşfiq qızını “İlin gənci” elan edərək, mükafatlandırmışdır.

  Bundan başqa Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi liseyin 11b sinif şagirdi Qarayeva Fidan Mübariz qızını “İlin ən gənc riyaziyyatçısı” nominasiyası üzrə mükafatlandırmışdır. Digər bir mükafatı isə Azercell Telekom MMC şirkəti şagirdlərimizə təqdim etdi. Belə ki, informatika fənni üzrə beynəlxalq olimpiada qalibləri, liseyimizin 10d sinif şagirdi Qarayev Fuad Mübariz oğlu və 11b sinif şagirdi Qarayeva Fidan Mübariz qızı sözügedən şirkət tərəfindən mükafatlarla təltif olunmuşdur.

    Şagirdlərimizi təbrik edir, onları diqqətdə saxlayan, onlar üçün əziyyət çəkən hər kəsə təşəkkürümüzü bidiririk!