FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Tarix: şəxsiyyətlər və proseslər" adlı tədbir

03.02.2023

     3 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Tarix: şəxsiyyətlər və proseslər” adlı məktəblilərin respublika tədqiqat və yaradıcılıq işləri müsabiqəsinin açılış mərasimi keçirilib.

   Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi, məktəblilərin ictimai fəallığının formalaşdırılması, tədqiqat və yaradıcılıq qabiliyyətlərinin inkişafının təkmilləşdirməsi, onları təhsilə cəlb edərək şəxsiyyətin intellektual və yaradıcı potensialının inkişafının stimullaşdırılması, ədəbi diyarşünaslığın fəaliyyət istiqamətlərinin tədqiqindən ibarətdir.

Tədbirdə liseyin tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh və  Eko klub üzvü Həsənova Dürdanə Mirintiqam qızı da iştirak etdilər.