FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

2016-2017-ci tədris ili

15.09.2016

2016-2017-ci yeni tədris ili münasibəti ilə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin direktoru Talıbov Tariyel,təlim-tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh müəllim 15sentyabr "Bilik Günü" münasibəti ilə şagird və müəllim kollektivini təbrik etdi, yeni gələn şagirdlərə uğurlar arzuladılar və daha sonra lisey haqqında şagirdləri məlumatlandırdılar.

2015-2016-ci tədris ilinin  məzunu  qızıl medala layiq görülmüş prezident təqaüdçüsü 692 bal toplamış Cəbiyeva Nərgiz öz uğurları haqqında danışdı və əldə etdiyi bütün nəaliyyətlərə görə müəllim kollektivinə öz təşəkürünü bildirdi.  Daha sonra liseyin şagirdləri öz ürək sözlərini və arzularını bölüşdülər.