
"Sağlam həyat tərzi" adlı təqdimat
07.02.2023
07 fevral 2023-cü il tarixində sinif rəhbəri Hüseynzadə Nərminin təşkilatçılığı ilə VIII ç sinif şagirdləri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin yeməkxanasında “Sağlam həyat tərzi” adlı təqdimat etdilər. Təqdimatda Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndəsi Nəsirova Elnarə, yeməkxananın baş aşpazı Həsənova Şahnaz da iştirak etdi.
Şagirdlər əvvəlcə hazırladıqları təqdimatları nümayiş etdirdilər.Təqdimatlarda insan sağlamlığına mənfi təsir edən qidalar, sağlam qidalanma, zərərli vərdişlər və s. yer almışdır.
Daha sonra baş aşpaz Şahnaz xanım sağlam qidalar, Elnarə xanım zərərli vərdişlər haqqında şagirdləri maarifləndirdi. Çıxış edənlər bildirdilər ki, sağlam həyat insanın təmizliyini, yediyi yeməyə diqqət yetirməsini, idman etməsini əhatə etməklə yanaşı, həm də bir çox xəstəliklərə tutulma riskini də azaldır.