XƏBƏRLƏR

Şagirdlərimiz ADA Universitetinə ekskursiya ediblər
08.02.2023
08 fevral 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11d sinif şagirdləri sinif rəhbəri Rita Cabbarova ilə birlikdə ADA Universitetinə ekskursiya etdilər. Ekskursiya zamanı Universitetin əməkdaşları şagirdləri Universitetin tədris korpusları, auditoriyaları, laboratoriyaları, kitabxanası ilə tanış etdilər. Daha sonra şagirdlərlə fikir mübadiləsi aparıldı, onlara Unversitet barədə geniş məlumat verildi.