FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

VII "InfO(1)Cup" proqramlaşdırma müsabiqəsindən bürünc medal

09.02.2023

   01–09 fevral 2023-cü il tarixində Rumıniyada VII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsi keçirildi. Onlayn formatda keçirilən bu müsabiqəyə 12 ölkədən 197 şagird qatılmışdır. Sözügedən olimpiadada Azərbaycan komandası da uğurla çıxış edərək, 1 gümüş və 2 bürünc medal qazanıb. Medal qazananlar sırasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 9ç sinif şagirdi Cəfərli Raul Azər oğlu da yer alıb. Belə ki, o bu müsabiqədə bürünc medala layiq görülüb.

     Şagirdimizi və onun üçün əməyi olan hər kəsi təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!