FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz XIX Beynəlxalq Jautikov Olimpiadasından (IZhO) 5 medal qazanıblar

10.02.2023

    01 – 12 fevral 2023-cü il tarixləri aralığında Qazaxıstanın Almatı şəhərində onlayn formatda XIX Beynəlxalq Jautikov Olimpiadası (IZhO) keçirildi. Fizika, riyaziyyat və informatika fənlərini əhatə edən bu olimpiadada şagirdlərimiz uğurla çıxış edərək, 6 medal qazanıblar. Azərbaycan komandasının əldə etdiyi bu 6 medalın beşini Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri qazanıblar.

Onları siz də tanıyın. Beləliklə,

Riyaziyyat fənni üzrə,

Qarayeva Fidan Mübariz (11b sinfi) – gümüş,

Mehdiyev Anar Nadir (11b sinfi) – gümüş,

Hüseynov Cəlil Hüseyn (11b sinfi) – bürünc,

Fizika fənni üzrə,

Sadıxzadə Sadiq Fətta (11b sinfi) – gümüş,

Abdulkərim Murad Vüqar (11b sinfi) – bürünc

Şagirdlərimizi, onların müəllim və valideynlərini, bu yolda əziyyəti olan hər kəsi təbrik edir, can sağlığı, yeni-yeni uğurlar arzulayırıq!