FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ

17.02.2023

    17.02.2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Talıbov Tariyel, tədris işləri üzrə direktor müavini Məmmədov Elçin, təmayül fənləri üzrə direktor müavini Alqayeva Şəhla, tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh və müəllimlər iştirak etdilər. Pedaqoji Şura iclasını məktəbin direktoru Talıbov Tariyel çıxışı ilə başladı. O, pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı. İclasda direktor və direktor müavinlərinin hesabatları dinlənildi və II yarımildə görüləcək işlərin detalları kollektivin diqqətinə çatdırıldı.