FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Narkomaniya cəmiyyətin qəddar düşmənidir" adlı maarifləndirci tədbir keçirildi

16.02.2023

16.02.2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində yuxarı sinif şagirdləri  arasında  “Narkomaniya cəmiyyətin qəddar düşmənidir” adlı maarifləndirci tədbir keçirildi. Tədbirdə liseyin tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh, UBR Hüseynzadə Nərmin, psixoloq  Nəbiyeva Sevda, Yasamal Rayon Polis İdarəsi rəisinin  şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki Orxan Mansurzadə, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəbi Nəcəfov və digər əməkdaşlar iştirak etdilər.

Tədbir tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh müəllimin çıxışı ilə başladı. Daha sonra polis polkovniki Orxan Mansurzadə narkomaniyanın dəhşətli fəsadlarından və ona qarşı aparılan mübarizə metodlarından söhbət açdı. Bildirdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi və faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Polis polkovnik-leytenantı Nəbi Nəcəfov “Narkotik vasitələrin, psixotrop maddələrin insan həyatına olan zərərləri və “ağ ölüm”ə qarşı mübarizə sahəsində atılmış uğurlu addımlar” haqqında şagirdləri məlumatlandırdı.

Tədbirin ikinci hissəsində həkimlik peşəsini seçən 9c sinif şagirdləri: Hüseynzadə Dilarə, Qarayev Müşfiq və Ayvazov İbrahim  hazırladıqları “Narkotik vasitələrin insan bədənində yaratdığı ağır fəsadlar” adlı  təqdimatı, 10ç sinif şagirdləri: Əsədli Kənan, Muradova Aysel, Qulizadə Türkan, Quluzadə Ləman, Kərimova Nigar isə real həyatdan götürülmüş “Narkomanın ailəsinə və cəmiyyətə vurduğu ziyan” adlı videoçarxı nümayiş etdirdilər.

Sonda liseyin psixoloqu Sevda xanım “Narkomaniyanin insan psixologiyasına olan təsiri”  haqqında şagirdləri maarifləndirdi.