FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

21 Fevral Beynəlxalq Ana Dili Günüdür

21.02.2023

    “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə  malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir” (Ulu öndər  Heydər Əliyev)                           

     21  Fevral  Beynəlxalq Ana Dili Günü münasibətilə 21.02.2023-cü il tarixində Azərbaycan dili dərsində (müəllim: Xəyalə Mədətli Nadir qızı) VIIIb  və  VIIIç sinif şagirdləri təqdimat hazırladılar. Dil hər bir millətin maddi  və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitədir, buna görə də şagirdlərimiz, ilk növbədə , Ana dili Gününün tarixi barədə məlumat verdilər, daha sonra isə  Ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayan əsas vasitə kimi əhəmiyyətindən danışdılar. Şagirdlər  ədiblərimizin dil  haqqında fikirləri  ilə davam etdilər. Xəlil Rza Ulutürkün “Ana dilim”, Tofiq Bayramın “Ana dilim”, Məhəmmədhüseyn Şəhriyarın “Türkün dili”,Bəxtiyar Vahabzadənin “Ana dili” şeiri  şagirdlərimizin ifasında səsləndi.