FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Zərərli vərdişlərə yox deyək!

17.02.2023

   17. 02. 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin VIIIB sinfində Biologiya müəllimi İradə Zeynalova tərəfindən təşkil edilmiş “Zərərli vərdişlərə yox deyək” adlı açıq dərs keçirildi.

  Açıq dərsdə  tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh, UBR Hüseynzadə Nərmin, Psixoloq Nəbiyeva Sevda, biologiya müəllimi Kərimova Südabə, sinif rəhbəri Bayramova Gilə iştirak etdilər.

  Mövzu üzrə şagirdlər hazırladıqları elektron təqdimat, divar qəzetləri, topladıqları məlumatlar əsasında, yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, siqaret, alkoqol və narkomaniyaya qarşı mübarizə, o cümlədən enerji içkilərinin və hazır qidalarin orqanzimə vurduğu ziyanlar haqqında  danışdılar.