XƏBƏRLƏR

Şagirdlərimiz STEAM İnnovasiyalar Mərkəzində
22.02.2023
22 fevral 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alan bir qrup şagird STEAM İnnovasiyalar Mərkəzinə ekskursiya etdilər. Şagirdlər mərkəzdə texnologiyanın son nailiyyətləri ilə tanış oldular, özləri də proseslərin iştirakçısına çevrildilər. Belə ki, onlar burada əyani şəkildə elmin müxtəlif sahələrinin inkişaf nümunələrini müşahidə etdilər, əyləncəli şəkildə komanda tərkibində çalışmağın xoş anlarını az müddət də olsa, yaşadılar.