XƏBƏRLƏR

Vaxta qənaət, kitaba məhəbbət
23.09.2016
Fizika-riyaziyyat və informatika təmayüllü liseydə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, YAP GB və Mega-Hafiza Azərbaycan şirkətinin təşkilati dəstəyi ilə keçirilən "Vaxta qənaət, kitaba məhəbbət layihəsinin" açılışı və təlimi baş tutdu. İlk təlimdə,təlimçi Aytəkin xanım Esgərova tərəfindən " Sürətli oxuma", 2-ci təlimdə "Beyin xəritələri" barədə məlumat verildi.