FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Ulu öndər H. Əliyevin təhsildə rolu" adlı tədbir

17.02.2023

     17 fevral 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində sinif rəhbəri Aynurə Əfəndiyevanın təşkilatçılığı ilə 10a sinif şagirdləri Azərbaycan dili dərsində (müəllim Aləmzər Mirzoyeva) Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “H. Əliyevin təhsildə rolu” adlı tədbir təşkil etdilər. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, psixoloq Sevda Nəbiyeva, UBR Nərmin Hüseynzadə iştirak etdilər.

   Şagirdlər tədbirdə Heydər Əliyevin həyatını, fəaliyyətini əks etdirən slayd və videoçarx təqdim etdilər. Eyni zamanda Ulu öndərin portretini hazırlayaraq, nümayiş etdirdilər. Z. Nigar, M. Gülbəs, H. Kənan H. Əliyevə həsr olunmuş şeirlər söylədilər. Tədbirdə Valeh müəllim və Sevda xanım çıxış etdilər. Sonda şagirdlər arasında mövzu ilə bağlı müzakirələr aparıldı.