FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Yol hərəkətinin təhlükəsizliyi" mövsunda maarifləndirici tədbir

23.02.2023

    23.02.2023-cü il tarixində UBR Hüseynzadə Nərminin təşkilatçılığı ilə liseyin VIIId sinif şagirdləri “Yol hərəkətinin təhlükəsizliyi” mövsunda maarifləndirici tədbir keçirdilər.Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh, sinif rəhbəri Mehdiyeva Aybəniz iştirak etdi. İlk öncə şagirdlər yol nişanlarından ibarət hazırladıqları təqdimatları nümayiş etdirdilər. Sonra tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyini şagirdlərin diqqətinə çatdırdı.

  Sonda UBR Hüseynzadə Nərmin  şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verdi və yolda daha diqqətli olmalarını tövsiyə etdi.