XƏBƏRLƏR

Şagirdlərimiz "YARAT" Müasir İncəsənət Qalereyasında
22.02.2023
22.02.2023-cü il tarixində liseyn VIII ç sinif şagirdləri “YARAT” Müasir İncəsənət Qalereyasında “METAKOD” qrup sərgisində iştirak etdilər. Şagirdlərin nəzərinə çatdırıldı ki, “METAKOD” sərgisi öz əsərlərində millətin “mədəni kodlarını” üzə çıxaran, müxtəlif dövrlərə aid 20 Azərbaycan rəssamının əsərlərini birləşdirir.
Sonda şagirdlər 2 komandaya bölündü və yarış təşkil olundu.Yarışda qalib gələn komandaya kitab hədiyyə edildi.