FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Ən yaxşı təqdimat" müsabiqəsinin məktəb mərhələsi keçirildi.

23.02.2023

    23 fevral 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb mərhələsi keçirildi. Qeydiyyatdan keçmiş şagirdlər əmrdə (03.02.2023-cü il tarixli 3-29/3-2-32F/2023 nömrəli) göstərilmiş mövzulardan birini seçərək liseydə bu məqsədlə yaradılmış komissiya qarşısında canlı çıxış etdilər. Komissiya üzvləri müəyyən olunmuş 5 meyar əsasında çıxış edənləri qiymətləndirdilər, daha sonra nəticələri müzakirə edib qərar qəbul etdilər. Qəbul olunmuş qərara əsasən, Sadıqlı Nəsimi İmaməddin oğlu müsabiqənin növbəti mərhələsinə keçmiş hesab olundu.