FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Xocalı soyqırımına həsr edilmiş dərs

23.02.2023

   23 Fevral 2023-cü il tarixində Fizika riyaziyyat və informatika təmayüllü liseyin tarix müəllimi Günay Şərifzadə 9e və 9ç sinif şagirdləri ilə birlikdə Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə dərs təşkil etmişdir. 

   İlk öncə Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. 9e sinif şagirdləri Xocalı soyqırımının şahidlərindən Əliyeva Mehriban xanımdan müsahibə götürmüşdülər. Həmin müsahibənin videosu  dərs zamanı sinifdə nümayiş olundu. Həmçinin şagirdlər hazırladıqları müxtəlif video və slaydları da təqdim etdilər. Eyni zamanda,  Xocalı işğalı zamanı əsir düşmüş və sonradan əsirlikdən azad edilmiş Dürdanə Ağayevanın  müsahibəsi izlənildi.
Sonda şagirdlər soyqırım haqqında düşüncələrini bölüşdülər.
Onlar qeyd etdilər ki, Xocalıda tapdanılan mənəviyyatımız, qürurumuz 44 günlük müharibədə geri qaytarıldi, Xocalıdan ayaqyalın, məcbur qaçqın düşən uşaqlar illər sonra mərd, cəsur oğullar kimi geri qayıdıb, Qarabağı azərbaycanlıların qanına bulaşmış ermənilərin işğalından azad etdilər.