FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Yol həyatdır" adlı maarifləndirici tədbir

23.02.2023

    Deyirlər, hər bir xalqın mədəniyyəti yoldan başlayır. Bu sözlərdə həqiqət var. Ulu öndər Heydər Əliyev yol haqqında demişdir: ”Yol iqtisadiyyat, mədəniyyət, həyat deməkdir”. Məlumdur ki, yol nəqliyyat hadisələrindən həm sağlamlığını, həm də həyatını qorumaq üçün hər bir hərəkət iştirakçısı diqqətli olmalı, yol hərəkəti qaydalarının tələblərinə uyğun hərəkət etməli, yolda sərbəst, düzgün qərarlar verməyi öyrənməlidir. Cəmiyyətdə yol mədəniyyətinin daha da inkişaf etdirilməsi, bu sahədə aktiv iştirakçılığın təmin edilməsi məqsədilə 23.02.2023-cü il tarixdə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində biologiya müəllimi Südabə Kərimovanın təşkilatçılığı ilə 7c sinif şagirdləri “Yol həyatdır” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə  şagirdlərin hazırladıqları yol kompozisiyası böyük maraqla qarşılandı, sürücü və piyada məsuliyyətsizliyi səbəbindən baş verən təhlükələrlə bağlı maarifləndirici və sosial çarxlar göstərildi.                  

   Tərbiyə işləri üzrə direktor müavini V. Bəyalıyev, liseyin psixoloqu S.Nəbiyeva çıxış edərək şagirdlərə ətraflı məlumatlara görə təşəkkür etdilər, xüsusi vurğuladılar ki, yol mədəniyyəti hər birimizin hüquq və vəzifəsi olmaqla bərabər, həm də mənəvi məsuliyyətdir.   

   Sonda şagirdlər yollarda təhlükəsizliyimizin təmin olunmasında əvəzsiz xidməti olan yol polisi əməkdaşlarına böyük ehtiramla təşəkkür mesajları səsləndirdilər.