FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Xocalı dərsləri"

24.02.2023

    Azərbaycan Respublikası elm və təhsil nazirinin 2023-cü il 15 fevral tarixli 3-29/3-2-55F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən ümumi təhsil məktəblərində Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslərin keçirlməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq, 23-24 fevral 2023-cü il tarixlərində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində “Xocalı dərsləri” keçirildi. Dərslərdə faciəni törədənlər, onun miqyası və qurbanları haqqında şagirdlərə geniş məlumat verildi.