FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseydə səhər gimnastikası təşkil olundu

28.02.2023

   İdman həftəsi ilə əlaqədar olaraq VIII sinif şagirdlərlə səhər gimnastikası təşkil olundu. İlk  öncə idman müəllimləri səhər gimnastikasının sağlamlıq üçün böyük əhəmiyyəti olduğunu, hər gün səhər yerinə yetirilən gimnastikanın bütün gün ərzində fiziki formanın, yaxşı əhval-ruhiyyənin saxlanmasına, iş qabiliyyətinin yüksəlməsinə imkan yaratdığını şagirdlərin nəzərinə çatdırdı. Sonra isə şagirdlər bir neçə gimnastik hərəkətlər nümayiş etdirdilər.