FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiqi ilə əlaqədar iclas

01.03.2023

   01.03.2023-cü il tarixində VII sinif şagirdlərinin iştirakı ilə iclas keçirildi. İclasda tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh, UBR Hüseynzadə Nərmin, sinif rəhbərləri: Kərimova Südabə, Mirzəyeva Rəqibə, Maqsudova Gülşən iştirak etdilər. İlk öncə tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh şagirdlərə Elm və Təhsil Nazirliyinin hazırladığı “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” haqqında məlumat verdi. Sonda UBR Hüseynzadə Nərmin şagirdləri qaydalara əlavə olunan “Şagirdlərin rəğbətlənməsi” haqqında məlumatlandırdı.