FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Novruz adət-ənənələrimiz" adlı təqdimat

07.03.2023

Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.

07.03.2023-cü il tarixində  UBR Hüseynzadə Nərminin və texnologiya müəllimi Pəlilova Söylünün təşkilatçılığı ilə liseyin yeməkxanasında VIII sinif qızlarının iştirakı ilə “Novruz adət-ənənələrimiz” adlı təqdimat keçirildi.Təqdimatda VIII siniflərin sinif rəhbərləri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndəsi Nəsirova Elnarə xanım da iştirak etdi.

İlk öncə texnologiya müəllimi Novruz adət-ənənələrindən danışdı və novruz xonçasında nələrdən istifadə olunduğunu şagirdlərin nəzərinə çatdırdı. Sonra  yeməkxananın baş aşbazı Şahnaz Hüseynova şagirdlərə Novruz şirniyyatlarından söhbət açdı, şəkərburanın bişirilməsi, naxış qoyulmasını şagirdlərə göstərdi.

Sonda şagirdlər yumurta boyadılar, müxtəlif hakıştalar dedilər.