XƏBƏRLƏR

14 Mart ¶ (Pi) ədədi Günüdür
14.03.2023
14 mart 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 7c sinif şagirdləri ¶ (Pi) ədədi günü ilə bağlı hazırladıqları təqdimatları Riyaziyyat dərsində (müəllim: Rəxşəndə Məmmədova) nümayiş etdirdilər. Təqdimat zamanı şagirdlər bu ədədin yaranma tarixi, onun alınması üçün istifadə edilən üsullar, həmçinin ədəddən rəssamlıqda, musiqidə istifadə olunaraq, müxtəlif alətlərdə ifa olunması haqqında məlumat verdilər.