FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Massaçusets Texnologiya İnstitutunun tələbəsi adını qazanmış Fidan Mübariz qızı Qarayeva

15.03.2023

  Çox sevindirici xəbər almışıq. Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11b sinif şagirdi Qarayeva Fidan Mübariz qızı Massaçusets Texnologiya İnstitutuna (Massachusetts İnstitute of Technology) qəbul olub. Şagirdimizi, onun valideynlərini və müəllimlərini təbrik edir, hamısına can sağlığı və işlərində uğurlar arzulayırıq!

Qeyd edək ki, Qarayeva Fidan aşağı sınıflərdən beynəlxalq və Respublika statuslu olimpiadaların qalibi olmuş, ölkə miqyasında bir sıra ilklərə (Məsələn, Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2022), bürünc) imza atmışdır.

Əzizimiz Fidan, səninlə qürur duyuruq!