FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"ƏMƏKDAR MÜƏLLİM" İlham Heydər oğlu Hüseynov

05.10.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təhsil işçilərinə verilən fəxri adlar arasında Fizika-riyaziyyat və informatika təmayüllü liseyin riyaziyyat müəllimi İlham Heydər oğlu Hüseynovun da adı vardır. İlham müəllim "ƏMƏKDAR MÜƏLLİM " fəxri adına layiq görülmüşdür. İlham müəllimi təbrik edir ona bundan sonra da uğurlar arzu edirik.

İlham müəllimin gördüyü işlərin bir qismi: IX, X, XI "Cəbr və analizin başlanğıcı" 2003 VIII, IX, X, XI dərsliklərinin misal və məsələlərinin həlli IX, X, XI siniflər üzrə yoxlama yazı işi və tədris planı VII siniflər üçün TQDK-nın nəşri olan testlər toplusu kitabı Məktəblilərin riyaziyyat ensklopediyası 2 cilddə VIII siniflər üçün kurikulum proqramı əsasında "Riyaziyyat" dərsliyi Riyaziyyat olimpiadalarına hazırlaşmaq üçün vəsait 2 hissə.