FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şəfizadə Selcan Müşfiq qızı

17.03.2023

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11b sinif şagirdi Şəfizadə Selcan Müşfiq qızı dünyanın ən məşhur ali təhsil müəssisələrindən birinə (University of British Columbia) qəbul olub. O, dəfələrlə Respublika və Beynəlxalq bilik yarışlarının qalibi olub. Onun nailiyyətlərini təqdim edirik:

1. Respublika Fənn Müsabiqəsi (kimya), gümüş medal (2019);

2. Respublika Fənn Olimpiadası (kimya), bürünc medal (2021);

3. İZHO-Beynəlxalq Jautikov Olimpiadası (riyaziyyat), həvəsləndirici mükafat (2021);

4. Beynəlxalq STEM Olimpiadası (riyaziyyat), gümüş medal (2022);

5. Respublika Fənn Olimpiadası (kimya), gümüş medal (2022);

6. Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO) həvəsləndirici mükafat (2022);

7. 19-cu Beynəlxalq Yeniyetmələr üzrə Elm Olimpiadasında (İJSO), bürünc medal (2022);

8. 2022-ci il “İlin gənci” mükafatı, (2 fevral 2022);

9. Mendeleyev və Beynəlxalq Kimya Olimpiadasında Azərbaycan Respublikasını təmsil edəcək komandanın üzvü seçilib (aprel-may 2023, İyul 2023).

Əzizimiz Selcan, səninlə qürur duyuruq!