FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Sadıxzadə Sadiq Fətta oğlu

17.03.2023

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11b sinif şagirdi Sadıxzadə Sadiq Fətta oğlu dünyanın ən reytinqli ali təhsil müəssisələrindən birinə (İmperial College London) qəbul olub. O, bu vaxta qədər müxtəlif statuslu bilik yarışlarının qalibi olub. Sadiqin nailiyyətlərini təqdim edirik:
1. Respublika Fənn Olimpiadaları 2021 - qızıl medal
2. Respublika Fənn Olimpiadaları 2022 - qızıl medal
3. Beynəlxalq Jautikov Olimpiadası (İZhO) (fizika) 2022 - bürünc medal
4. Avropa Fizika olimpiadası (EuPhO) 2022 - bürünc medal
5. Beynəlxalq Fizika Olimpiadası (İPhO) 2022 - bürünc medal
6. Beynəlxalq Jautikov Olimpiadası (İZhO) (fizika) 2023 - gümüş medal

Əzizimiz Sadiq, səninlə fəxr edirik!