FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Hüseynov Cəlil Hüseyn oğlu

17.03.2023

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11b sinif şagirdi Hüseynov Cəlil Hüseyn oğlu Dünyada reytinq cədvəlində 6-cı yerdə dayanan Universitetə (National University of Singapore) qəbul olub. O, bura qədər beynəlxalq və yerli statuslu bilik yarışlarının dəfələrlə qalibi olub. Onun nailiyyətlərini təqdim edirik:
1. Respublika Fənn Olimpiadaları (Riyaziyyat), 2020, bürünc;
2. Respublika Fənn Olimpiadaları (Riyaziyyat), 2021, qızıl;
3. Respublika Fənn Olimpiadaları (Riyaziyyat), 2022, qızıl;
4. JBMO - Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası, 2020, bürünc;
5. JBMO - Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası, 2021, qızıl;
6. BMO - Balkan Riyaziyyat Olimpiadası, 2022, gümüş;
7. IZHO - Beynəlxalq Jautikov Olimpiadası (Riyaziyyat), 2021, bürünc;
8. IZHO - Beynəlxalq Jautikov Olimpiadası (Riyaziyyat), 2022, bürünc;
9. CMO - Qafqaz Riyaziyyat Olimpiadası, 2021, qızıl;
10. ILO - Beynəlxalq Lütfi Zadə adına Olimpiada (Riyaziyyat), 2021, gümüş;
11. EMC - Avropa Riyaziyyat Kuboku Müsabiqəsi, 2022, gümüş;
12. IMO - Beynəlxalq Riyaziyyat Olimpiadası 2022 bürünc.

Əzizimiz Cəlil, səninlə qürur duyuruq!