FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular"

15.03.2023

15.03.2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində “Qızların təhsildən yayınması hallarının qarşısının alınması” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə liseyin yalnız qız şagirdləri, UBR Hüseynzadə Nərmin, psixoloq Nəbiyeva Sevda, liseyin hekimi, sinif rəhbəri Bayramova Gilə, valideynlər iştirak etdilər.

İlk öncə psixoloq Sevda xanım qızlara milli-mənəvi dəyərlərimiz, qızların hüquqları, erkən nikaha girmələrin fəsadları, yarada biləcək təhlükələrlə bağlı ətraflı məlumat verdi və qızların  təhsildən yayınmasına səbəb olan  amilləri şagirdlərin nəzərinə çatdırdı.

Şagirdlərin hazırladıqları “Sağlamlıq”, “Erkən nigah”, “Maddi imkansızlıq”, “Natamam ailə”, “Zorakılıq”, “Qadın azadlığı” adlı təqdimatları dinlənildi və müxtəlif video çarxlar izlənildi.

UBR Hüseynzadə Nərmin çıxışında qeyd etdi ki, məqsədimiz gənc qızların təhsildən yayınmalarının qarşısını almaq, elmə, təhsilə sövq etmək, qızlara qanunlara riayət etməyi aşılamaq, onları milli dəyərlərə hörmət ruhunda tərbiyələndirmək, hüquqi, fiziki, psixoloji yardımlar göstərmək, zəngin milli adət-ənənlərimiz, dini-mənəvi, əxlaqi dəyərlərimizi aşılamaqdır.