FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdimiz Azərbaycanı təmsil edəcək komandada yer alıb

16.03.2023

Beynəlxalq Mendeleyev və Beynəlxalq Kimya olimpiadalarında Azərbaycanı təmsil edəcək komandanı təşkil etmək üçün keçirilən seçmə imtahanında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11b sinif şagirdi Şəfizadə Selcan Müşfiq qızı uğur qazanaraq, heyətin tərkibində yer alıb. Hər il aprelin sonu mayın əvvəllərində keçirilən bu bilik yarışına MDB, Baltikyanı və Cənubi-Şərqi Avropa ölkələrinin məktəbliləri qoşulur.

Selcanı təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!