FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Novruz gəlir, yaz gəlir

16.03.2023

    16.03.2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin IXe sinfinin rəhbəri Əliyeva Kəmalə şagirdləri ilə birlikdə İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində bahar bayramına həsr olunmuş “Novruz gəlir, yaz gəlir” adlı tamaşanın nümayişində iştirak etdilər.

   Tədbiri açıq elan edən aparıcılar gələn qonaqları salamlayaraq, yazın gəlişi münasibətilə xoş diləklərini çatdırdılar.

   Bahar bayramına həsr olunmuş “Novruz gəlir, yaz gəlir” bayram tamaşasında Ələsgər Ələkbərov adına Xalq teatrının üzvləri iştirak edirdi. Novruz bayramının adət-ənənələrini özündə əks etdirən tamaşa xoş bahar ovqatı ilə sona çatdı